Uşaqlarda eşitmə problemi
Uşaqlarda eşitmə problemi: Bu vacib mövzu diqqətə layiqdir. Mən bu gün sizə uşaqlarda eşitmə problemlərinə səbəb ola bilən əsas amillər haqda danışmaq istəyirəm 1.İrsi amillər:
Uşaqlarda eşitmə problemi: Bu vacib mövzu diqqətə layiqdir. Mən bu gün sizə uşaqlarda eşitmə problemlərinə səbəb ola bilən əsas amillər haqda danışmaq istəyirəm 1.İrsi amillər:
Şəlpəqulaqlıq xüsusilə də uşaqlarda psixoloji problemlərin səbəbi ola bilər. Lakin, sizi inandırıram, bu estetik qüsurla bağlı olan komplekslərə dözmək məcburiyyətində deyilsiniz. Bu gün şəpəqulaqlığın effektiv
Mirinqoplastika – travma və ya irinli otit hesabına zədələnmiş qulaq pərdəsinin bərpası əməliyyatıdır.
Kəskin otitdə kiçik mexaniki zədələnmələr öz-özünə aradan qalxır və merinqoplastikaya ehtiyac qalmır.
Xroniki otitdə isə dəlik öz-özünə qapanmır, onu əhatə edən və infeksiya ordan daxili qulağa daxil olur, bu isə uzunmüddətli iltihabi prosesə səbəb olur. Buna görə də mirinqoplastikaya əsas göstəriş qulaq pərdəsinin sağalmayan dəliyinin xroniki otitidir.
Beləliklə, qulaq pərdəsinin bərpası iki məqsədə xidmət edir:
Əməliyyat planlı şəkildə icra olunur və həm ümumi, həm də yerli narkozla aparıla bilər.
Timpanoplastika – perforasiya olunmuş (deşilmiş və ya cırılmış) qulaq pərdəsinin bərpası əməliyyatıdır. Bu əməliyyat qulaq pərdəsinin funksiyasını bərpa etmək və pasiyentin eşitməsini yaxşılaşdırmağa xidmət edir.
Timpanoplastikaya göstərişlərə daxildir:
Timpanoplastika necə aparılır?
Əməliyyat bir neçə mərhələdə aparılır. Əvvəl pasiyentə yerli keyitmə ilə qulağında kiçik bir kəsik aparılır ki, qulaq pərdəsinə yol açılsın. Sonra qulaq pərdəsindəki defekti pasiyentin bədəninin digər nahiyəsindən və ya donor materialından alınmış xüsusi transplantatla bağlayırlar. Bundan sonra pərdə qapanır və pasiyentə tam sağalmanı təmin etmək üçün bir neçə günlük bandaj qoyurlar.
Mən öz cərrahi təcrübəmdə bu əməliyyatı tez-tez edirəm, çünki qulaq pərdəsi defektində bu əməliyyat pasiyentin eşitməsini bərpa edən yeganə effektiv metoddur.
Adətən artıq əməliyyatdan 1 gün sonra pasiyent eşitmənin yaxşılaşmasını qeyd edir. 2-3 həftə sonra isə normal həyata geri dönmək mümkündür.
Mastoidektomiya – qulağın arxasında yerləşən mastoid hüceyrənin xaric edilməsi əməliyyatıdır. Mastoid hüceyrə kəllə sümüyünün bir parçasıdır və orta qulağın bilavasitə yaxınlığında yerləşir. İnfeksiya, iltihab və ya orta qulağın digər xəstəliklərində mastoid hüceyrə zədələnə bilər və onun xaric edilməsinə ehtiyac yaranar.
Mastoidektomiyaya göstərişlər:
Əməliyyat zamanı biz qulağın arxasında kəsik aparıb mastoid hüceyrəyə yol açırıq. Sonra zədələnmiş toxuma xaric edilir və cərrahi yara tikilir. Əməliyyatdan sonra pasiyentər infeksiyanın profilaktikası və ağrının azaldılması məqsədilə antibiotik təyin olunur.
Ümumilikdə isə, mastoidektomiya – orta qulaq və mastoid hüceyrə xəstəliklərindən əziyyət çəkən pasiyentlərə kömək edən təhlükəsiz və effektiv prosedurdur. Lakin, istənilən əməliyyatda olduğu kimi, müəyyən risklər yarana bilər. Buna görə də yalnız konservativ müalicə (antibiotikoterapiya) effekt vermədikdə əməliyyat metodundan istifadə edirik.
Stapedektomiya və ya ciddi qulaq xəstəliklərində eşitmənin bərpası.
Stapedektomiya – orta qulaqda üzəngi sümükcüyü deffektinin müalicəsi üçün aparılan cərrahi əməliyyatdır. Üzəngi sümükcüyü qulaq anatomiyasının bir hissəsidir və səs dalğalarının qulaq pərdəsindən daxili qulaqdakı ilbizə ötürülməsində böyük rol oynayır. Burada o dalğalar beyinə ötürülən siqnala çevrilir. Üzəngi sümüyü defekti otoskleroz, iltihabi proses və ya travma kimi müxtəlif xəstəliklər nəticəsində yaranır.
Əməliyyat zamanı biz zədələnmiş üzəngi sümükcüyünü xaric edirik və onu süni protezlə əvəz edirik. Bu əməliyyat defekti aradan qaldırmağa, qulaq funksiyasını bərpa etməyə, eşitməni yaxşılaşdırmağa və qulaqda küyün azaldılmasına imkan verir.
Stapedəktomiyaya göstərişlərə daxildir:
Əməliyyat konservativ müalicəyə tabe olmayan eşitmənin əhəmiyyətli dərəcədə zəifləməsi zamanı təyin olunur.
Koxlear implantasiya – eşitmənin ağır dərəcədə itirilməsinin müalicəsində ən innovativ metodlardan biridir.
Koxlear implant – ağır dərəcədə eşitmənin zəifləməsindən əziyyət çəkən insanlarda eşitmə qabiliyyətini bərpa etməyə kömək edən kiçik cihazdır. Cihaz iki hissədən ibarətdir: cərrahi yolla qulağa qoyulan daxili və tərkibində mikrofon və səs prosessoru olan qulağın arxasına bərkidilən xarici hissə.
Təcrübəmdə gördüyüm kimi, koxlear implantasiya pasiyentlərə sadəcə səsi daha yaxşı eşitməyə kömək etmir, eyni zamanda həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Uzun illər eşitmənin itirilməsinin ağır dərəcəsindən əziyyət çəkən və ətraf mühitdən təcrid olunmuş pasiyentimin başına gələni xatırlayıram. Koxlear implantasiyadan sonra o ilk dəfə yaxınlarının səsini, təbiəti və musiqini eşidə bildi. Onun həyatı yaxşıya doğru dəyişdi, o aktiv və ünsiyyətçil oldu.
Koxlear implantasiya – hər dəfə fərdi yanaşmanı, risk və üstünlüklərin qiymətləndirilməsini tələb edən ciddi cərrahi prosesdir. Lakin əgər siz ağır dərəcəli eşitmənin pozulmasından əziyyət çəkirsinizsə, koxlear implantasiya sizin qurtuluşunuz ola bilər.
Tibbi təcrübədə qulaqla bağlı problemlərin həlli üçün çoxsaylı metodlar mövcuddur. Onlardan biri – parasentez, bəzi hallarda isə – Tübinq borucuğunun yeridilməsidir. Bu prosedurlar eşitmə problemi, orta qulaqda maye durğunluğu vbə digər bənzər hallardan əziyyət çəkənlər üçün əvəzsiz köməkdir.
Xarici qulağı daxili qulaqdan ayıran incə membran olan qulaq pərdəsində süni dəlik yaratmaq üçün istifadə olunan tibbi prosedurdur. Bu dəlik mayenin orta qulaqdan axmasına, təzyiqin azalmasına və simptomların zəifləməsinə kömək edir. Bu prosedurun məqsədəuyğun olub-olmamasını biz pasiyentin baxışından sonra qərar veririk.
Parasentezdən sonra bəzən Tübinq borucuğunun yeridilməsinə ehtiyac yarana bilər. Bu incə borucuq həm də kateter kimi tanınır və qulaq pərdəsindəki dəliyə yerləşdirilir. Tübinq borucuğu mayenin orta qulaqda uzunmüddətli axmasına təkan verir, həmçinin bu nahiyənin havalanmasını təmin edir. Bu metod xüsusilə orta qulaq infeksiyalarının residivlərində, həmçinin aparılmış prosedurlardan sonra maye durğunluğunda xüsusilə faydalıdır.
Parasentez və Tübinq borucuğunun yeridilməsi aşağıdakı hallarda tövsiyə olunur:
Baxış zamanı biz pasiyentin vəziyyətin qiymətləndiririk, prosedura ehtiyac olub-olmadığını təyin edirik, hər bir konkret hal üçün ən yaxşı yanaşmanı müəyyənləşdiririk.