Laringit – səsin dəyişməsi, boğazda diskomfort
Laringit – səsin dəyişməsi, boğazda diskomfort ilə müşayiət olunan qırtlağın iltihabıdır. Onu ən çox yayılmış xəstəliklər siyahısına salıblar Əsas səbəb – soyuqdəymə və ya qripin
Laringit – səsin dəyişməsi, boğazda diskomfort ilə müşayiət olunan qırtlağın iltihabıdır. Onu ən çox yayılmış xəstəliklər siyahısına salıblar Əsas səbəb – soyuqdəymə və ya qripin
Tonzillit damaq badamcıqlarında lokallaşmış xroniki infeksiyalı ocaqlarla xarakterizə olunan yoluxucu bir xəstəlikdir. Ara-sıra özünü angina kimi təzahür edir. Yetkinlərdə və uşaqlarda eyni dərəcədə tez-tez baş
El arasında «dovşan dodaq» və ya «qurd ağız» kimi tanınan anadangəlmə qüsurdur.
Çənənin və ya ağız boşluğunun yuxarı hissəsinin orta xətt üzrə yarılması – bütün bunlar ana bətnində dölün inkişaf anomaliyasının nəticəsidir. Uşaqda anadangəlmə olur və böyüdükcə normal qidalanmaya və nitq inkişafına mane olur.
Bu pozulmanın patogenezində yumşaq və sərt damağın, udlağın orta hissəsinin qısalması və boğazın genəlməsi böyük rol oynayır. Bütün bu dəyişikliklər, yarıqların bütün formaları uşaqlıq dövründə müşahidə olunur.
Yeganə müalicə metodu – yarığın cərrahi yolla bağlanmasıdır. Damaq yarığı iki mərhələyə qapanır. Yarılmış dodaq, burun və yumşaq damağın deformasiyası körpə çağında bərpa olunur (3-6 aylıq). Sərt damağın defekti isə 15-18 aylığında aradan qaldırılır. Cərrahiyyə nəticəni xeyli yaxşılaşdırır.
Bu problemlə rastlaşan valideynlərə erkən dövrdə mütəxəssisə müraciət edilməsi tövsiyə olunur.
Əməliyyatdan sonra 3 yaşa çatdıqda uşaqda nitq pozulmasının qarşısını almaq məqsədilə loqopedə müraciət etmək tövsiyə olunur.
Dodaqda və dildə yaranan xoşxassəli törəmələr adətən həyati təhlükə daşımır, lakin onlar diskomfort və kosmetik problemlər yarada milər. Onların arasında ən çox yayılanlar lipoma (piy şişləri), papilloma (ziyil), fibromalaradır (birləşdirici toxumadan ibarət yumşaq hərəkətli şişlər), əksər hallarda onları cərrahi yolla xaric edirlər.
Dodaq və dildəki bədxassəli törəmələr daha ciddi diqqət tələb edir.
Yastıhüceyrəli karsinoma: Dodaq xərçənginin ən yayılmış formasıdır. İltihablı qeyri-hamar kənarlı xora kimi başlaya bilər və ya qabıqlayar. Daha çox alt dodağı zədələyir.
Adenokarsinoma: Xərçəngin bu növü dodağın vəzili toxumasında inkişaf edə bilər. O, düyün və ya çıxıntı kimi başlaya bilər, zamanla böyüyüb xoraya çevrilir.
Dilin yastıhüceyrəli karsinoması: Dil xərçənginin ən yayılmış formasıdır. Dilin üzərində ağ ləkə və ya xora kimi başlaya bilər. Zamanla böyüyür və yayılır.
Sarkoma: Yumşaq toxumada başlayan dilin nadir xərçəng formasıdır. Dilin üstündə yumşaq kütlə və ya şiş kimi görünə bilər.
Melanoma: Melanomanı daha çox dəri ilə əlaqələndirsələr də, dilin selikli qişasında da inkişaf edə bilər. Dilin melanoması tünd piqmentasiya rəngində olur.
Törəmələrin diaqnostikası üçün klinik baxış, biopsiya və ehtiyac olarsa, rentgen, USM, MRT və ya KT kimi əlavə müayinələr aparılır. Törəmənin xarakteri dəqiq müəyyən olunduqdan sonra biz ən effektiv müalicə planını tərtib edirik.
Dodaqda və ya dildə xoşxassəli törəmə aşkarlandıqda onu çox vaxt cərrahi yolla xaric edirlər. Bu minimal invaziv prosedur adətən ambulator şəraitdə aparılır.
Bədxassəli törəmələrin müalicəsi xəstəliyin mərhələsindən asılıdır. Erkən mərhələdə sadəcə törəmənin xaric edilməsi kifayyətdir. Daha gec mərhələlərdə isə radioterapiya və ya kimyaterapiyaya ehtiyac ola bilər. Bəzi hallarda, xüsusilə də prosesə limfa düyünləri cəlb olunduqda, daha geniş cərrahi müdaxiləyə ehtiyac yarana bilər.
Bədxassəli törəmələrin xüsusi mürəkkəbliyini nəzərə alaraq baş və boyun cərrahiyyəsi üzrə ixtisaslaşmış təcrübəli cərraha müraciət etmək çox vacibdir.
Unutmayın, sağlamlığınız — sizin qayğınızdır. Əgər siz də hər hansı simptom müşahidə olunursa və ya sual yaranıbsa, çəkinməyin, konsultasiya üçün müraciət edin.
Tonzillektomiya – boğazın arxa hissəsində yerləşən badamcıqların (tonzillaların) kəsilib çıxarılması prosedurudur. Bu cərrahi prosedur, badamcıqlar xroniki iltihablaşanda, tez-tez infeksiyaya məruz qalanda və ya tənəffüs yollarının digər xəstəliklərinə çevirəndə icra olunur.
Tonzillektomiyaya nə zaman ehtiyac yaranır?
Tez-tez infeksiyaya tutulma: əgər badamcıqlar tez-tez iltihablaşır və boğazın residiv infeksiyasının mənbəyinə çevrilirsə – infeksiyalaşmanın tezliyini azaltmaq üçün badamcıqların kəsilməsi tələb oluna bilər.
Təhlükəli ağırlaşmalar: Badamcıqların xroniki infeksiyasında bakteriyaların yayılması təhlükəsi yaranır, bu da absses və ürək xəstəlikləri kimi ağırlaşmalara hətirib çıxarda bilər.
Tənəffüs problemləri: Böyümüş badamcıqlar xüsusilə uşaqlarda tənəffüs yollarının daralmasına səbəb ola bilər. Yuxuda xoruldama, obstruktiv apnoe və tənəffüsün digər problemləri yarana bilər.
Tonzillektomiya metodları:
Cərrahi yol: Ən geniş yayılmış metoddur. Badamcıqlar cərrahi alətlər vasitəsilə kəsilib çıxardılır. Prosedur ümumi narkoz ilə icra olunur.
Lazer tonzillektomiyası: Badamcıqları kəsmək üçün alətlər əvəzinə biz lazerdən istifadə edirik.Bu metod qansızdır və daha dəqiqdir.
Elektrokauterizasiya: Badamcıqların xaric edilməsi üçün elektrik cərəyandan istifadə olunur. Bu metod da həmçinin qanaxmanı azaltmağa kömək edir.
Qlossektomiya – dilin qismən və ya tamamilə kəsilib çıxarılması əməliyyatıdır. Əməliyyatı dildə bədxassəli törəmə aşkarladıqda icra edirlər.
Qlossektomiya metodları
Pasiyentin konkret vəziyyətindən asılı olaraq istifadə oluna bilən bir neçə qlossektomiya metodu mövcuddur.
Əsas metodlardan biri tam qlossektomiyadır ki, burada dili törəmə və cəlb olunmuş toxuma ilə birlikdə kəsilib xaric edilir. Bu metoda yayılmış bədxassəli prosesdə ehtiyac yarana bilər.
Qismən qlossektomiya – dilin yalnız müəyyən hissəsinin xaric edildiyi daha bir variantdır. Törəmə müəyyən nahiyədə məhdudlaşdırıldıqda və dilin bir hissəsini nitq və funksionallığı dəstəkləmək üçün qoruyub saxlamaq mümkün olduqda bu metoddan istifadə edirlər.
Qlossektomiya – dilində xəstəlik olan pasiyentlərdə həyatını qurtaran və həyat keyfiyyətini yaxşlaşdıran prosedurdur.Əgər sizə və ya yaxınlarınıza bu xoşagəlməz diaqnozu qoyublarsa unutmayın ki, hər bir klinik hal fərdi və unikaldır. Sizə ən yaxşı müalicə yolunu seçməyə kömək edə bilən təcrübəli həkimlə bütün aspektləri müzakirə etmək çox vacibdir.
Əgər sizdə suallar yaranıbsa və ya qlossektomiya və digər cərrahi prosedurlar haqda daha ətraflı məlumat əldə etmək istəyirsinizsə çəkinməyin, mənimlə əlaqə saxlayın.
Mandibulektomiya – alt çənənin (mandibulanın) qismən və hətta bütövlükdə kəsilib çıxarılması əməliyyatıdır. Bu mürəkkəb əməliyyat alt çənənin xəstəlikləri və ya zədəsi sağlamlığa təhlükə yaratdıqda təyin oluna bilər.
Tibbi texnologiyalar daim inkişaf etdikcə mandibulektomiya metodları daha dəqiq və effektiv olur. Təkmilləşmiş cərrahi alətlər və 3-D çap hər bir pasiyent üçün individual həll tapmağa imkan verir.
Larinqektomiya – tənəffüs və səsyaranmada vacib rol oynayan və içində səs telləri yerləşən qırtlağın (qırtlaq qığırdağının) tamamilə və ya qismən kəsilib xaric edilməsinə yönəlmiş cərrahi əməliyyatdır.
Larinqektoniya qida borusu xərçəngində tələb oluna bilər.
Ezofaqus (qida borusu) xərçəngi ən aqressiv və sürətlə inkişaf edən formalardan biri hesab olunur. O, qırtlaq daxil olmaqla qonşu orqanlara və toxumalara yayıla bilər. Əgər ezofaq xərçəngi qırtlağa yayılıbsa və ya ona çox yaxın yerləşirsə, larinqektomiyaya ehtiyac yarana bilər.
Tam larinqektomiya: Bu metodla qırtlaq bütövlükdə xaric edilir. Bu son çarəni törəmələr çox geniş yayıldıqda və ya digər ciddi hallarda tətbiq edirlər.
Qismən larinqektomiya: Bəzi hallarda törəməni xaric etmək və ya digər problemi həll etmək üçün qırtlağın sadəcə bir hissəsini kəsib çıxartmaq kifayət edir. Belə əməliyyatın keçirilməsi qərarı pasiyentin vəziyyəti və onun tibbi göstəriciləri nəzərə almaqla fərdi olaraq qəbul edilir.
Laringektomiyanı baş və boyun nahiyəsində ixtisaslaşmış təcrübəli cərrah aparmalıdır. Bu onunla əsaslanır ki, əməliyyat çox risklidir və bu nahiyənin anatomiyasının dəqiq biliklərini tələb edir. Bu sahədə çalışan cərrahlar belə mürəkkəb əməliyyatı uğurlu icra etmək üçün vacib olan bilik, bacarıq və təcrübəyə malikdir.
Parotidektomiya aşağıdakı hallarda tövsiyə olunur:
Parotid vəzinin bədxassəli törəməsi (xərçəng).
Diskomfort yaradan, ətraf toxumalara təzyiq edən və ya üzün funksiyalarına mənfi təsir edən xoşxassəli törəmələr.
Konservativ müalicəyə tabe olmayan kista və ya iltihabi proses.
Servikal ezofaqektomiya – qida borusunun (ezofaqus) boyun nahiyəsində boyun hissəsinə yaxınlıqda qismən və ya tamamilə kəsib xaric edilməsi cərrahi prosedurudur. Bu əməliyyatı yalnız qida borusunda zədələnmiş və ya törəmə toxumasını xaric etmək ehtiyacı yarandıqda və digər metodlar effekt vermədikdə tətbiq edirlər.
Servikal ezofaqektomiya adətən qida borusunun yuxarı hissəsinin xərçəngində icra olunur. Həmçinin bu proseduru travma, mənfəzin daralması və orqanın zədələnmiş hissəsinin xaric edilməsini tələb digər patologiyalarda edirlər.
Servikal ezofaqektomiya zamanı biz boyun nahiyəsində kəsik aparıb qida borusunun bir hissəsini xaric edirik. Hər bir konkret haldan asılı olaraq biz qalan hissədə rekonstruksiya aparıb normal həzm prosesini təmin edirik.
Servikal ezofaqektomiya – baş-boyun nahiyəsində ixtisaslaşmış cərrahdan yüksək kvalifikasiya və təcrübə tələb edir. Cərrah bu nahiyənin anatomiyasında dərin biliklərə sahib olmalı, müasir cərrahi metod və texnikaları tətbiq etməyi bacarmalı və mürəkkəb klinik halların həllində böyük təcrübəyə sahib olmalıdır.