Burundan axan seliyin yaşıl rəngdə olmasının səbəbi
Burundan axan seliyin yaşıl rəngdə olması bakterial infeksiyadan xəbər verir. Bəs niyə yaşıl rəng? Bakteriyalarla yalnız leykositlər mübarizə apara bilir və nazal seliyin yaşıl rəngə
Burundan axan seliyin yaşıl rəngdə olması bakterial infeksiyadan xəbər verir. Bəs niyə yaşıl rəng? Bakteriyalarla yalnız leykositlər mübarizə apara bilir və nazal seliyin yaşıl rəngə
Burnun özünü təmizləmə sistemi vardır. Ora düşən hər şey biz bunu hiss etmədən burun-udlağa düşür. Bir qayda olaraq, burun daxili qabıq bizi zökəm zamanı narahat
Septoplastika – burun çəpərinin anomaliyası və ya deformasiyasının korreksiyası üçün istifadə olunan tibbi prosedurdur. Bu əməliyyatın məqsədi – rahat tənəffüsün əngəlini aradan qaldırmaq, burun estetikasını və tənəffüs yollarının funksiyasını yaxşılaşdırmaq.
Septoplastika proseduruna adətən burun çəpərinin normadan kənara çıxdığında və ya struktur defekti olanda ehtiyac yaranır. Belə anomaliyalar anadangəlmə və ya travmadan sonra qazanılmış ola bilər. Onlar tənəffüsün çətinləşməsi, xroniki zökəm, tez-tez burun qanaxmaları, hətta güclü baş ağrılarına səbəb ola bilər.
Septoplastika əməliyyatına hazırlıq: Septoplastikadan əvvəl pasiyent burnun rentgeni daxil olmaqla tibbi müayinədən keçir. Bununla həkim anomaliyanı dəqiq təyin edir və ən uyğun müalicə metodu müəyyənləşdirir.
Anesteziya: Adətən əməliyyat yerli keyitmə ilə aparılır. Bununla pasiyentin komfortu təmin olunur və cərraha daha dəqiq və ağrı vermədən çalışmaq imkanı verir.
Yolunu açma və korreksiya: Həkim burun daxilində kiçik kəsiklər apararaq burun çəpərinə yol açır. Sonra cərrah deformasiya və ya anomaliyanı korreksiya edir, çəpəri yenidən düzəldir və onu normal vəziyyətə salır.
Qapanma və bərpa: Çəpərin korreksiyasından sonra yaralar kiçik tikişlərlə və ya xüsusi adqeziv materialla bağlanır. əməliyyat bitdikdən sonra pasiyent bərpa mərhələsinə keçir.
Septoplastikanın bir neçə metodu mövcuddur. Bunlardan bəziləri:
Rinoplastika – burun strukturu və formasını dəyişməyə yönəlmiş cərrahi prosedurdur. Bu əməliyyat həm burnun zahiri görünüşünü yaxşılaşdırmaq məqsədilə estetik, həm də burun çəpəri əyriliyi və ya tənəffüs problemlərini aradan qaldırmaq məqsədilə funksional olur. Rinoplastikada optimal nəticələr əldə etmək üçün hər bir pasiyentə unikal yanaşma tələb olunur.
Funksional endoskopik sinus cərrahiyyəsi (FESS) – endoskopik alətlərdən istifadə etməklə burun və paranazal sinuslardakı şişlərin, poliplərin, yad cisimlərin və digər formalaşmaların çıxarılması üçün innovativ üsuldur. Bu üsul əməliyyatın burnun içərisində, kənarda heç bir kəsik olmadan və ətrafdakı toxumalara zərər vermədən aparılmasına imkan verir. Həmçinin, endoskopik cərrahiyyə üsulu əməliyyatdan sonrakı qanaxma, şişlik və çapıqlanma və digər fəsadlar riskini azaldır .
Endoskop həkimə daha parlaq və daha geniş baxış sahəsi verir və bununla da bütün dar keçidləri daha yaxşı görməyə və bu paranazal sinuslarda işi asanlaşdırmağa imkan verir.
Bu əməliyyat aşağıdakı hallarda göstərilir:
Obstruktiv səhər apnesi sindromu (OSAS) ən geniş yayılmış yuxu xəstəliklərindən biridir.Bu vəziyyətdə insan yuxuda qısa müddətlik nəfəs almağı dayandırır. Simptomlara yüksək səsli xorultu, gün ərzində yorğunluq, diqqəti cəmləşdirmə problemi, hətta ürək-damar xəstəlikləri riskinin artması kimi ciddi fəsadlar daxildir.
Hal-hazırda obstruktiv apnoe sindromunun bir neçə cərrahi müalicə metodu mövcuddur. Onlardan biri yumşaq damaq və damaq qövsündə aparılan əməliyyatdır. Bu əməliyyat yuxu zamanı tənəffüs yollarının qapanmasının qarşısını alır.
Digər metod – burun çəpəri əyriliyinin korreksiyasıdır. Bu üsulla burun yolları açılır və burun tənəffüsü asanlaşır.
Konkret haldan asılı olaraq müvafiq müalicə növü də seçilir.
Əgər siz də obstruktiv apnoe sindromundan şübhələnirsinizsə, konsultasiyaya yazılın, biz müayinə aparıb effektiv müalicə metodu təklif edərik.
Hipofizin transsfenoidal cərrahiyyəsi və yaxud hipofiz adenomasının açıq kəsik aparmadan xaric edilməsi.
Hipofizin transsfenoidal cərrahiyyəsi – ətraf toxumalara minimum müdaxilə ilə hipofizin müxtəlif patologiyalarının müalicəsinə yönəlmiş müasir cərrahi metoddur. Hipofiz – orqanizmin müxtəlif hormonal proseslərinin tənzimləməsində vacib rol oynayan beynin əsasında yerləşən kiçik vəzidir
Transsfenoidal cərrahiyyə burun boşluğundan yol açılaraq icra olunur. Yəni, müdaxilə üzdə və ya kəllədə kəsik aparmadan icra olunur. Burun dəliyindən əməliyyat prosesinə nəzarət etmək üçün biz endoskopik alətlər və kameradan istifadə edirik.
Hipofizin transsfenoidal cərrahiyyəsi nə zaman icra olunur?
Bu metod hipofizin adenoması (xoşxassəli törəmə), kista, damar mənşəli şişlər kimi müxtəlif hallarda, həmçinin müəyyən tip xərçəng törəmələrini xaric etmək üçün istifadə olunur.
Hipofizin transsfenoidal cərrahiyyəsinin bir neçə üstünlüyü mövcuddur:
Birincisi, böyük kəsiklərə ehtiyac qalmır və ətraf strukturların zədələnmə riski azalır.
İkincisi, minimal yolun açılması hesabına pasiyentlər, bir qayda olaraq, əməliyyatdan sonra daha tez bərpa olunur və daha az fəsada təsadüf edilir.
Hər bir halın fərdi olduğunu anlamaq çox vacibdir və transsfenoidal cərrahiyyənin aparılması qərarı ətraflı diaqnostika və pasiyentin vəziyyətinin qiymətləndirilməsindən sonra verilir.
Hipofizin transsfenoidal cərrahiyyəsi – pasiyent üçün minimum risklə effektiv nəticə əldə etməyə imkan verən minimal invaziv cərrahiyyə sahəsində böyük bir sıçrayışdır.
Əməliyyatı mütləq baş və boyun nahiyəsinin təcrübəli cərrahı aparmalıdır, çünki bu cərrahi prosedur yüksək səviyyədə bacarıq və təcrübə tələb edir.
Adenoidektomiya – adenoidlərin xaric edilməsinə yönəlmiş cərrahi prosedurdur.
Adenoid – burun-udlağın yaxınlığında burnun arxa divarında yerləşən limfa toxumasıdır. O, immun sisteminə aiddir və infeksiyaya cavab olaraq böyüyə bilər. Lakin adenoidlərin ifrat böyüməsi tənəffüslə problem və digər simptomlar yarada bilər.
Adenoidlər tənəffüslə problem yaradanda, xüsusilə gecələr, adenoidektomiyaya qərar verilir. Gecələr xorultu, obstruktiv yuxu, hətta apnoe (yuxuda nəfəsalmanın müvəqqəti dayanması) baş verə bilər. Uşaqlarda adenoidlər həmçinin xroniki zökəm, otit və qulaq və boğazın digər problemlərinə səbəb ola bilər.
Adenoidektomiya ümumi narkozla aparılır. Bu əməliyyatın bir neçə icra metodikası mövcuddur:
Biz hər bir pasiyentin fərdi tələblərini nəzərə alaraq bu iki metoddan ona uyğun olanı seçirik.