Doktor Rəşad Quvalov – otorinolarinqologiya, baş və boyun sahəsində ixtisaslaşan yüksək kvalifikasiyalı cərrahdır. Bu məsləyi seçməsinin səbəbi isə atası, tanınmış və hörmətli LOR-cərrahı doktor Şakir Quvalov oldu. Uşaqlıqdan atasının insanların eşitməsini bərpa etməsi, nəfəs almağı asanlaşdırması, burun formasını korreksiya edərək onlara özgüvən verməsi, sağlamlıq bəxş etməsini izləməklə Rəşad Quvalov onu örnək alaraq bu peşəyə gəldi.
Doktor Rəşad Quvalov həm terapevtik, həm də cərrahi prosedurların geniş spektrini təqdim edir.
LOR-orqanlarda iltihabi, irinli və digər patoloji prosesləri aradan qaldırmaq üçün bütün mümkün manipulyasiyalar və prosedurları icra edir. Haymorit, sinusit, otit, tonzillit, rinit, faringit, laringit, adenoidlər, absses və xarici LOR-orqanların furunkulları və s.
Onun fəaliyyətinin əsas istiqamətlərindən biri – eşitmənin bərpası məqsədilə audioloji cərrahiyyə – timpanoplastika, mirinqoplastika, koxlear impantasiya, stapedektomiya, timpanostomik drenaj, orta qulaq implantı, auditor sümük implantları. Həmçinin, burun funksiyasının bərpası üzrə rekonstruktiv əməliyyatlar – septoplastika, endoskopik sinus cərrahiyyəsi, burnun onkoloji cərrahiyyəsi.
Həkimin əsas elmi və tibbi fəaliyyəti baş və boyun cərrahiyyəsinə həsr olunub. Bu unikal ixtisaslaşmanı o, Türkiyədə bu sahənin aparıcı ekspertlərin rəhbərliyi altında Ondokuz Mayıs universiteti Tibb fakültəsində əldə edib.
Bununla həkim qalxanvari vəzi, qırtlaq, dil, dodaq, tüpürcək vəziləri xərçənginin mürəkkəb cərrahi əməliyyatlarını, həmçinin baş və boyun nahiyəsində xoşxassəli kista və şişlərin xaric edilməsini aparır.
Bundan başqa, doktor Quvalov rinoplastika, otoplastika kimi estetik qüsurların cərrahi korreksiyasını aparır, həmçinin «dovşan dodaq» və «qurd ağız» kimi anadangəlmə qüsurlarda rekonstriktiv əməliyyatlar edir.
Öz təcrübəsində doktor Quvalov müasir avadanlıqla işləyərək uğurla mini-invaziv (az travmatik) cərrahi prosedurlar icra edir.
Təhsil, elmi nailiyyətlər və zəngin parktiki təcrübə doktor Rəşad Quvalovu öz sahəsində qəbul olunmuş ekspertə çevirib. Onun detallar diqqəti və qabaqcıl metodların tətbiqi kömək üçün müraciət edən hər kəsə optimal müalicə və bərpanın zəmanətini verir.