(+994 50) 242 45 35

Azərbaycan, Bakı. Mehdi Abbasov 2.

Sosial şəbəkələrim

Parotidektomiya

Parotidektomiyaparotid, yəni qulaqaaltı vəzinin rezeksiyası və ya tamamilə kəsilib xaric edilməsidir. Bu əməliyyat törəmə, kista və digər patologiyalar daxil olmaqla parotid vəzinin müxtəlif xəstəliklərinin müalicəsi məqsədilə icra olunan əməliyyatdır.

Parotidektomiyanın növləri: müxtəlif vəziyyətlərdə tətbiqi

Xəstəliyin xüsusiyyəti və yayılmasından asılı olaraq aparılan bir neçə parotidektomiya növü mövcuddur:

1. Tam parotidektomia: Parotid vəzinin tam kəsilib çıxarılması bədxassəli törəmələrdə icra olunur. Burada vəzinin hissəvi saxlanılması tam sağalma üçün mümkün deyil. Bu prosedur xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq üçün vacibdir.

2. Qismən (hissəvi) parotidektomiya: Törəmə bədxassəli olduqda və ya ölçüləri kiçik olduqda parotid vəzini hissəvi rezeksiyası aparıla bilər. Vəzinin bir hissəsini saxlamaqla onun funksionallığını da qoruyub saxlamaq olar.

Parodiktemiya nə zaman lazımdır?

Parotidektomiya aşağıdakı hallarda tövsiyə olunur:

  • Parotid vəzinin bədxassəli törəməsi (xərçəng).

  • Diskomfort yaradan, ətraf toxumala təzyiq edən və ya üzün funksiyalarına mənfi təsir edən xoşxassəli törəmələr.

  • Konservativ müalicəyə tabe olmayan kista və ya iltihabi proses.

Parotidektomiyada otorinolarinqologiyanın vacib rolu

Parotidektomiya – təcrübə və peşəkarlıq bacarığı tələb edən mürəkkəb cərrahi prosedurdur. Baş və boyun nahiyəsində ixtisaslaşan cərrahlar bu əməliyyatın uğurlu olmasında aparıcı rol oynayır. Bu nahiyənin anatomiyasının dərin bilikləri, həmçinin cərrahi bacarıq bizə parotidektomiyanın pasiyent üçün riskləri minimuma endirərək təhlükəsiz və effektiv icra etməyə imkan verir.

Çənəaltı vəzinin rezeksiyası

Çənəaltı vəzinin rezeksiyasıçənəaltı vəzinin qismən və ya tamamilə kəsilib xaric edilməsidir. Həm də dilaltı vəzi kimi tanınan çənəaltı vəzi boyun nahiyəsində çənə altında yerləşən vacib tüpürcək vəzilərdən biridir.

Bu əməliyyata aşağıdakı hallarda ehtiyac yarana bilər:

Bədxassəli törəmələr: Çənəaltı vəzdə bədxassəli törəmə aşkarlandıqda cərrahi müdaxilə törəmənin xaric edilməsi və onun yayılmasının qarşısının alınması məqsədilə.

Xoşxassəli törəmələr: Çənəaltı vəzinin bəzi xoşxassəli törəmələri diskomfort hissi, ətraf toxumalara təzyiq və ya üzün zahiri görünüşünə mənfi təsir edə bilər.Belə hallarda vəzinin rezeksiyası tövsiyə oluna bilər.

Xroniki iltihab proses: Çənəaltı vəzinin konservativ müalicəyə tabe olmayan təkrarlanan iltihabi prosesləri tam və ya qismən rezeksiya tələb edə bilər.

Çənəaltı vəzinin rezeksiya metodları

Çənəaltı vəzinin rezeksiyası əməliyyatının bir neçə metodu mövcuddur. Bunlardan bəziləri:

 

  • Peroral yanaşma: kəsik pasiyentin ağzının içindən aparılır, bununla çənəaltı vəzinə zahiri çapıq buraxmadan yol aça bilirik.
  • Mandibulalatı yanaşma: Kəsik çənə altından aparılır və vəzə aşağıdan yol açılır.
  • Mikroskopik endoskopik metod: Toxumaya kiçik kəsiklərdən bütün hərəkətlərə ekranda əks etdirən manipulyator və video-zond daxil edilir. Manipulyatorlar vəziyə çatdıqda üzərində kiçik kəsiklər apararaq patoloji toxumanı xaric edirlər. Əməliyyatdan sonra kiçik izlər qalır, tikişlər bir neçə gündən sonra sökülür. Bu metod pasiyentin reabilitasiya müddətini qısaldır.

Metodun seçimi konkret vəziyyətdən, vəzin patologiyasından və cərrahi plandan asılıdır. Çənəaltı vəzin rezeksiyası dərin anatomik bilikləri və bacarıq tələb edən mürəkkəb əməliyyatdır. Bu əməliyyatı baş və boyun cərrahı aparmalıdır, çünki bu ixtisaslaşma bizə cərrahi müdaxiləni maksimal effektivlik və təhlükəsizlik ilə aparmaq imkanı verir.

Boyun kistalarının kəsilib xaric edilməsi

Kistalar boynun iki müxtəlif yerlərində yarana bilər:

  • Yan kistalar: Bu kistalar boynun adətən yuxarı və ya orta hissəsində ön-yan tərəfində yerləşir. Onlar diskomfort hissi yaradıb boynun zahiri görünüşünə deformasiya verə bilər.

  • Orta kistalar: Bu kistalar boynun mərkəzi xətti boyu yerləşir və nadirən böyük ölçülərə çatır. Onlar uzun müddət özünü büruzə verməyə bilər.

Həm yan, həm də orta kistaları xaric etmək üçün cərrahi müdaxiləyə ehtiyac var. Prosedura kistanı kapsulla birlikdə rezeksiyası daxildir.

Kəsik ağız boşluğundan da, boyun dərisindən də aparıla bilər. Kista ortada yerləşdikdə bəzən dilaltı sümüyü də qismən kəsmək lazım gəlir ki, kista təkrar yaranmasın.

İrinli kistalar olduqda müdaxilə iki mərhələdə aparılır.Əvvəl irin yatağının açılması və drenajı aparılır, sonra isə iltihabi prosesin maksimum azalmasına qədər mütəmadi yuma prosedurları edilir. 2-3 aydan sonra kistanın xaric olunmasına yönəlmiş ikinci müdaxilə aparılır.

Boyundakı kistalar güclü ağrı verdikdə də onların müalicəsi aparıla bilər. Bundan başqa, kista daxilində iltihabi proseslərlə bağlı fəsadların qarşısını almaq çox vacibdir.

Tireoidektomiya

Tireoidektomiya — qalxanabənzər vəzin cərrahi yolla xaric edilməsidir. Bədxassəli törəməyə şübhə yarandıqda və ya artıq təsdiqləndikdə, qalxanabənzər vəzinin toxumasının patoloji yayılması hesabına xəstəlik ətraf orqan və strukturların (qalxanabənzərətrafı vəzilər, qida borusu, traxeya, sinir dəstəsi, iri damarlar) funksiyasına təsir etdikdə bu əməliyyat təyin edilir.

Tireoidektomiyaya göstərişlər:

  • Qalxanabənzər vəzin xərçəngi: Orqanın tam və ya qismən xaric edilməsini tələb edən ciddi xəstəlikdir
  • Follikulyar neoplaziya: Adenoma böyük olduqda (5.0 sm-dən böyük) bədxassəliyə şübhə yarandıqda
  • Diffuz və çoxdüyünlü zob: Əgər ətraf toxumaların sıxılmasına gətirib çıxardan kompression sindrom varsa.

Göstərişlərdə asılı olaraq biz müxtəlif tireoidektomiya növləri tətbiq edirik:

  • Hemitireoidektomiya – qalxanabənzər vəzin bir payının xaric edilməsi. Xərçəngin erkən mərhələdə olub yalnız bir payı zədələdikdə aparılır.
  • Ekstrafassial və ay total tireoidektomiya – qalxanabənzər vəzin tamamilə götürülməsidir. Törəmə hər iki payı əhatə etdikdə aparılır.

Tireoidektomiya metodları da fərqlidir. Konservativdən başqa biz həmçinin müasir miminal invaziv metodları istifadə edirik. Bunlar:

  • Miniinvaziv endoskopik tireoidektomoya. Əməliyyat ultrasəs skalpellə aparılır, boyundan kiçik kəsik edilir və hərəkətlərə endoskopun kamerasından nəzarət olunur.
  • Ağız boşluğundan aparılan tireoidektomiya. Burada da həmçinin ultrasəs skalpeli və endoskopdan istifadə olunur. Alt dodağın iç tərəfindən üç kiçik kəsik olunaraq yol açılır. Əməliyyat bir dənə də olsun çapıq buraxmır – təsir edici kosmetik nəticə.

Metodun seçimi xəstəliyin mərhələsi və digər amillərdən asılıdır. Əməliyyatı baş və boyun nahiyəsində ixtisaslaşan təcrübəli cərrahın etməsi çox vacibdir.

Paratireoidektomiya

Paratireoidektomiyabir və ya bir neçə paradieoid vəzinin kəsilib xaric edilməsi əməliyyatıdır. Paradieoid vəzləri – boyunda qalxanabənzər vəzin yanında yerləşən kiçik orqanlardır, onlar orqanizmdə kalsium və fosforun səviyyəsinə cavabdehdir.

Paratireoidektomiya aşağıdakı hallarda aparılır:

Hiperparatireoz: Paratireoz vəzinin daha aktiv hormon (PTH) hasil etməsi vəziyyətidir. Bu vəziyyət qanda kalsiumun səviyyəsinə səbəb ola bilər. Hiperparatireoz vəzinin törəməsi daxil olmaqla müxtəlif səbəblərdən əmələ gələ bilər.

Paratireoid vəzinin törəməsi: Əgər paratireoid vəzində törəmə aşkarlanırsa, istər xoşxassəli (adenoma), istərsə də bədxassəli (xərçəng), bu törəmənin kəsilib xaric edilməsinə ehtiyac yarana bilər.

Paratireoidektomiya metodları:

  1. Ənənəvi paratireoidektomiya: Bu metodda biz boynun ön hissəsində kəsik apararaq lazımi paratireoid vəzilərini xaric edirik. Bu, müəyyən vəziyyətlərdə istifadə oluna bilən standart yanaşmadır.
  2. Laparoskopik paratireoidektomiya: Digər laparoskopik əməliyyatlarda olduğu kimi, burada da kəsiklər apararaq miniatür alətlər və kamera daxil edilir. Bu metod adətən paratireoid vəzinin adenomalarını xaric etmək üçün istifadə olunur.

Metodun seçimi pasiyentin və xəstəliyin konkret xarakteristikalarından asılıdır. Paratireoidektomiya metoduna ehtiyac olub-olmadığına qərar fərdi qaydada tam müayinə aparıldıqdan sonra verilə bilər.

Boynun disseksiyası

Baş və boyun nahiyəsi orqanlarının (tüpürcək vəzilər, dil, çənə, burunətrafı ciblər, qırtlaq, hipofarinqs) bədxassəli törəmələrin inkişafı onların cərrahi yolla xaric edilməsi ehtiyacını yaradır.

Uğurlu əməliyyatdan sonra biz xaric edilmiş orqanların ətrafındakı limfa düyünləri təmizləyirik. Bu nahiyədə xərçəng olduqda boyun limfa düyünlərində metastaz yaranması yayılmış bir haldır.

Limfa düyünündə bədxassəli prosesi təsdiqləyən ən etibarlı metod – biopsiyadır. Şübhələndiyimiz limfa düyünündən kiçik toxuma nümunəsi götürülür və histoloji müayinəyə (histos – toxuma) göndərilir.

 

Bəzi hallarda bu prosedur bilavasitə törəmənin xaric edilməsi ilə eyni zamanda aparılır – təcili əməliyyat daxili biopsiya – sadəcə prosesin mərhələsini müəyyənləşdirmək üçün deyil, eyni zamanda ətraf limfa düyünlərinin də təmizlənməsinə ehtiyac olub-olmadığına qərar vermək üçündür. Bir qayda olaraq, regional limfa düyünləri də zədələndikdə onları əməliyyat zamanı əsas törəmə ilə birlikdə xaric edirlər. Bu əməliyyata limfa düyünlərinin rezeksiyası və ya limfadenektomiya deyilir.

Boynun disseksiyası aşağıdakı hallarda aparılır:

  1. Törəmənin xaric edilməsi: Əgər törəmə aşkarlanıbsa onun xaric edilməsi üçün boynun disseksiyası oluna bilər. Bunlar həm xoşxassəli, həm də bədxassəli törəmələr ola bilər.
  2. İnfeksiyaların müalicəsi: Boyun nahiyəsinə yayılma infeksiya prosesi olduqda drenaj və infeksiyalaşmış toxumanı təmizləmək üçün disseksiya oluna bilər.
  3. Travmadan sonra rekonstruksiya: Travma və ya cərrahi müdaxilədən sonra qan damarı və ya sinir kimi zədələnmiş strukturların bərpası üçün disseksiya oluna bilər.

Konkret məqsəd və cərrahi yanaşmadan asılı olaraq boyun disseksiyası metodları fərqlənə bilər:

Ənənəvi disseksiya: Bu metodda cərrah adi cərrahi alətlərin istifadəsilə boyun dərisində kəsik aparır.

Laparoskopik disseksiya: Bu metod disseksiya üçün kiçik kəsiklərin edilməsi və miniatür alətlər və kamera ilə daxil olmasını əhatə edir.

Boyun disseksiyasına ehtiyac olduqda konkret hal üçün ən yaxşı yanaşmanı müəyyən etmək üçün təcrübəli mütəxəssisin konsultasiyası vacibdir.