Uşaqlarda eşitmə problemi: Bu vacib mövzu diqqətə layiqdir. Mən bu gün sizə uşaqlarda eşitmə problemlərinə səbəb ola bilən əsas amillər haqda danışmaq istəyirəm
1.İrsi amillər: bəzi uşaqlar eşitmə probleminə səbəb olan qulaq strukturunda anomaliya və ya eşitmə funksiyasının pozulması ilə doğulurlar
2.Anadangəlmə infeksiyalar: ananın hamiləlik vaxtı keçirdiyi bəzi infeksiyalar döldə eşitmə funksiyasının pozulmasına səbəb ola bilər. Məs., məxmərək, CMW və digər infeksiyalar uşağın eşitmə aparatında problem yarada bilər
3.Otit: otit kimi tanınan orta qulağın iltihabı çox vaxt uşaqlarda eşitmə probleminə səbəb ola bilər
4.Travma və ya zədələnmə: baş və ya qulaq travması uşaqlarda eşitmə sistemini zədələyə bilər. Məsələn, beyin silkələnməsi, qulaq pərdəsinin deşilməsi və s.
Əgər sizin uşaqda eşitmə ilə bağlı problemə şübhə yaranırsa diaqnostika və sonrakı müalicə üçün otorinolarinqoloqa müraciət etmək çox vacibdir