Laringit – səsin dəyişməsi, boğazda diskomfort ilə müşayiət olunan qırtlağın iltihabıdır. Onu ən çox yayılmış xəstəliklər siyahısına salıblar
Əsas səbəb – soyuqdəymə və ya qripin səbəb olduğu virus və ya bakterial infeksiyadır. Həmçinin, laringitin səbəbi səs tellərinin gücə düşməsi, uzunmüddətli qışqırma, qıcıqlandırıcı maddələr və ya tüstü ilə inhalyasiya ola bilər
Bəs laringitin simptomlarını yüngülləşdirmək üçün nə etmək lazımdır?
Birinci, dincəlin və səs tellərinizi gücə salmayın. Siqaret çəkməyin və iltihabı ağırlaşdıran qıcıqlandırıcı maddələrlə təmas etməyin. Otaqdakı havanı nəmləndirməyə çalışın və boğazı yumşaltmaq üçün bol-bol ilıq maye için.
Həmçinin tərkibində iltihabəleyhinə inqrediyentlər olan xüsusi preparatlarla boğazınızı yaxalayın. Bəzi hallarda (infeksiya bakterial olduqda) antibiotik qəbul etmək lazımdır
Buna görə də ən doğrusu LOR-həkimə müraciət etməkdir ki, diaqnoz qoyulsun və düzgün müalicə təyin edilsin


