Burundan axan seliyin yaşıl rəngdə olması bakterial infeksiyadan xəbər verir.
Bəs niyə yaşıl rəng?
Bakteriyalarla yalnız leykositlər mübarizə apara bilir və nazal seliyin yaşıl rəngə boyayan məhz onlardır. Bakteriyaların sayı çoxaldıqca seliyin rəngi də tündləşir.
Bu infeksiyaların yaradığı xəstəliklərdən biri hər kəsə məlum məşhur haymoritdir. Ona ilin istənilən vaxtında tutulmaq olar, lakin xroniki formaya keçdikdə soyuq fəsillərdə həmişə kəskinləşmə ilə geri dönür. Burundan axan yaşıl selikdən başqa haymoriti başağrısı, yüksək temperatur, burunətrafı ciblərdə sıxılma hissi müşayiət edir.

Ev şəraitində müalicə oluna bilərsiniz. AMMA, yalnız həkimin yazdığı təyinata ciddi riayət etməklə.
Belə hallara antibiotik və iltihab əleyhinə preparatlar təyin olunur. Həmçinin fizioprosedurlar: UYT, UBŞ, lazer və maqnit lazer terapiya, inhalyasiya və s. tətbiq edilir.
Nə ilə təhlükəlidir: müalicə olunmadıqda və ya yanlış müalicə olunduqda infeksiya meningit kimi ağır fəsadlara səbəb ola bilər.